Sumqayıt, Naxçıvan və Gəncədə metro olacaq

Sumqayıt, Naxçıvan və Gəncədə metro olacaq
  08 May 2013    Oxunub:7777
Dövlət Proqramının icrası nəticəsində Bakı metropoliteninin 2030-cu ildə 76 stansiyası, 109 kilometr yolu olacaqdır.
“Dövlət Proqramı beşilliklərə bölünüb və 2010-2015-ci illər üçün icrası nəzərdə tutulan tədbirlər artıq öz bəhrəsini verir. 2015-ci ilədək işə düşəcək 6 stansiyadan biri - "Dərnəgül" artıq istifadədir. İki stansiya 2014-cü ilin may ayında, altı stansiya isə 2016-ci ildə təhvil verilməldir”. AzVision.az xəbər verir ki bunu çıxışından Bakı Metropolitenin rəisi Tağı Əhmədov deyib. Bakı Metropolitenin rəhbəri bildirib ki, bunun üçün metro inşaatçıları çox gərgin iş rejimində fədakarlıqla çalışırlar.

“Ölkəmizdə metronun tikintisi üçün materiallar hazırlayan zavodlar da vardır ki, bütün bunlar da yeni stansiyaların və xətlərin tikintisini sürətlə aparmaq üçün əlverişli imkanlar yaradır. Möhtərəm Prezidentimizin qarşıya qoyduğu tapşırıqlardan ən ümdəsi odur ki, ildə orta hesabla bir stansiya təhvil verilməlidir. Dövlət Proqramının icrası nəticəsində Bakı metropoliteninin 2030-cu ildə 76 stansiyası, 109 kilometr yolu olacaqdır.

Yəni paytaxtımızda hər 900 metrdən bir metro stansiyasının yerləşməsi təmin ediləcəkdir ki, bu da Avropa standartlarına cavab verir. Hazırda “Avtovağzal”, “Memar Əcəmi-2”, Ceyhun Səlimov küçəsindəki “B-3” stansiyalarında, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yanında, Heydər Əliyev Sarayının arxasında, “Həzi Aslanov-2” stansiyasında, Köhnə və Təzə Günəşlidə tikinti işləri davam etdirilir”.

T.Əhmədov qeyd edib ki, Azərbaycanda metro tikintisinin böyük gələcəyi vardır.

“Bu rahat və ekoloji cəhətdən təmiz ictimai nəqliyyat növündən Bakıətrafı qəsəbələrin, Sumqayıtın, hətta Naxçıvan və Gəncə şəhərlərinin sakinlərinin istifadə etməsi üçün zəruri tədbirlərin görülməsi də nəzərdə tutulub”-deyə Metropoliten rəisi vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti