DİN qatarın törətdiyi qəza ilə bağlı məlumat yayıb

DİN qatarın törətdiyi qəza ilə bağlı məlumat yayıb
  08 May 2013    Oxunub:1172
Qatarların hərəkəti mayın 8-də saat 02.15 radələrində bərpa olunub.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 7-də saat 22.55 radələrində Zabrat-Pirşağı yolunun 29-cu kilometrliyində qorunmayan keçiddə Samux rayon sakini Habil Quliyev idarə etdiyi "Shacman" markalı avtomaşını Bakı-Moskva sərnişin qatarına vurub.

Nəticədə xəsarət alan H. Quliyev, habelə maşinist Tofiq Dünyamalıyev, maşinist köməkçisi Şəmsəddin Babayev və vaqon bələdçisi, Rusiya Federasiyası vətəndaşı Aleksandr Qusev xəstəxanaya yerləşdiriliblər.

H. Quliyevin, T. Dünyamalıyevin, Ş. Babayevin vəziyyətləri qənaətbəxşdir, A. Qusevə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Qatarların hərəkəti mayın 8-də saat 02.15 radələrində bərpa olunub. Baş vermiş qəza ilə bağlı Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti