Dünyanın ən bahalı fotosu: 6,5 milyon - FOTO

Dünyanın ən bahalı fotosu: 6,5  milyon  - FOTO
  11 Dekabr 2014    Oxunub:3388
Avstraliyalı foto rəssam Piter Likin “Kabus” adlı şəkili Los Ancelasda keçirilən hərracda özəl kolleksionerə 6,5 milyon dollara satılıb
Bu barədə AzVision.az “The Guardian”a istinadən xəbər verir.

Bununlada “Kabus” adlı şəkil dünyanın ən bahalı fotosu olub.

Likin işi ABŞ-ın cənub-qərbində Antilopa kanonda çəkilib. Fotoda daşlar arasında mağaraya düşən günəş şüası əks olunub. Fotodakı şüar ruha bənzədiyindən ona “Kabus” adı verilib.
Qeyd edək ki, buna qədər dünyanın ən bahalı fotosu Andreas Qurskinin “Reyn II” adlı fotosudur. 2011-ci ildə foto 4,3 milyon dollara satılıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti