“Kərimli və Qəmbər Rusiyaya mesaj verirlər”

“Kərimli və Qəmbər Rusiyaya mesaj verirlər”
  08 May 2013    Oxunub:1179
Mayın 7-də ATƏT-in təşkilatçılığı ilə iqtidar və müxalifət partiyaları arasında növbəti görüş keçirilib. Görüşdən dərhal sonra kütləvi informasiya vasitələrinə verdikləri açıqlamalarda tərəflər bu cür təmasları müsbət qiymətləndiriblər.
Müxalifət təmsilçiləri hətta ATƏT-in təşkilatçılığı ilə keçirilən bu cür görüşlərin davamlı olmasını arzulayıblar. Bəs görəsən bu kimi görüşlərin nəticəsi olaraq seçkilər ərəfəsində iqtidar-müxalifət dialoqu intensivləşə bilərmi? Ümumiyyətlə, iqtidar və müxalifət partiyaları nümayəndələri arasında keçirilən görüş tərəflər arasında mövcud olan gərginliyi nə dərəcədə azalda biləcək?

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı “Olaylar”a verdiyi müsahibədə hakimiyyət və müxalifət nümayəndələri arasında keçirilən görüşdən danışıb. Bunu sıradan, sırf ATƏT rəsmisinin istəyi əsasında keçirilən bir görüş kimi dəyərləndirən Niyaməddin Orduxanlı son günlər gündəmi məşğul edən Milli Şura ideyası ilə bağlı da fikirlərini bölüşüb.

- Bu günlərdə hakimiyyət nümayəndələri ilə müxalifət təmsilçiləri arasında növbəti görüş keçirildi və bir çoxları həmin görüşü iqtidar-müxalifət dialoqu kimi təqdim etdi. Siz həmin görüş barədə hansı fikirdəsiniz və prezident seçkiləri yaxınlaşdıqca bu kimi görüşlərın sayı arta bilərmi?
- Mayın 7-də Bakıda ATƏT-in təşkilatçılığı ilə müxalifət və iqtidar partiyalarının qapalı görüşü keçirilib. Görüşdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev də iştirak edib. Bu görüşün təşkilatcısı ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Soares olub. Hesab edirəm ki, bu görüş daha çox ATƏT nümayəndəsi üçün əhəmiyyətli idi. Özü də görüşdən sonra mətbuata deyib ki, görüşlər zamanı insan haqları, Dağlıq Qarabağ münaqişəsi və regionun bütün problemlərini müzakirə etdik. Görüşlər zamanı işimizə kömək edəcək xeyli məlumat topladıq. Biz səfərimizi Gürcüstan və Ermənistanda da davam etdirəcəyik. Düşünürəm ki, bu görüşü iqtidar-müxalifət görüşü adlandırmaq düzgün deyil. Bu ATƏT-in nümayəndəsi ilə birgə görüş kimi təqdim edilməlidir.

- Azərbaycan Xalq Cəbhəsi Partiyası da İctimai Palatadakı müttəfiqi olan Müsavat Partiyasının yolunu təkrarlamaq istəyir. Belə ki, partiya Gürcüstanda müşavirə keçirmək istədiyini bildirib. Sizcə, bu kimi addımlar seçkiqabağı Azərbaycan barədə beynəlxalq aləmdə mənfi rəy formalaşdırmağa xidmət etmirmi?

- Əvvəla onu qeyd edim ki, son vaxtlar Əli Kərimli daha çox siyasi şouları ilə mətbuatda kompaniya aparır. Bu da növbəti şoudur. Bu adam xoşlayır bütün beynəlxalq təşkilatlara göstərsin ki, guya bu müxalifətin əsas “qüvvəsidir”. Biz Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası olaraq 60-a yaxın rayonda qurultay qabağı konfranslar keçirmişik və heç bir məmur maneəsi ilə rastlaşmamışıq. Konfrans keçirilməmişdən qabaq rayon icra hakmiyyətinə bu haqda rəsmi məlumat vermişik və onlar da bildirib ki, belə bir tədbirimiz olacaq. Biz konfrans keçirəndə Bakıdan da 5-10 nəfər adamı aparıb kiminsə evində şou yaratmırıq. Əli Kərimliyə sual verən yoxdur ki, sənin rayon şöbəsinin müşavirəsi ilə bağlı rayon icra hakimiyyətinə rəsmi müraciətin olubmu? Rəsmi müraciət etdin və sənə icazə vermədilər? Göründüyü kimi avantüradan başqa bir şey deyil.

- Son günlər gündəmi daha çox məşğul edən Milli Şura ideyasına Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavatın da maraqlı olması bu partiyaların da Rusiyaya meyilli olduğundan xəbər vermirmi?

- Düşünmürəm ki, Rusiya İsa Qəmbərə və ya Əli Kərimliyə dəstək versin. Bunu qeyri-mümkün hesab edirəm. Sadəcə, bu qüvvələr Rusiyaya mesaj verirlər ki, sizinlə əməkdaşlıq etməyə hazırıq. Bunlar hakmiyyətə gəlmək üçün hətta istənilən qüvvə ilə də münasibətlər qurmağa hazırdılar. Onlar dəfələrlə acıq formada müəyyən mesaj da veriblər.
Mən ümumiyyətlə Milli Şuranı əhəmiyyətsiz qurum hesab edirəm. 3-4 ildir bu qüvvələr İctimai Palatada fəaliyyət göstərirlər, nə dəyişib ki? Rüstəm İbrahimbəyov mətbuata deyir ki, dəliyəm Bakıya gəlim və məni də həbs etsinlər? Bu bəyanatından sonra isə başqa bir fikir səsləndirir və bildirir ki, hakmiyyətin həbsləri bizim fəaliyyətimizi qorxuda bilməz. Baxın, özü həm deyir ki, Bakıya gəlməməsinin səbəbi həbsxana qorxusudur, digər tərəfdən də qorxmadığını bildirir. Bu adamdan nə gözləyirsiniz? Hələ bu adamı həmin quruma rəhbər təyin etmək istəyirlər.


Teqlər:





Xəbər lenti