Rektor “Xoca” filmindən təsirləndi

Rektor “Xoca” filmindən təsirləndi
  08 May 2013    Oxunub:1079
Qafqaz Universitetinin rektoru Ahmet Saniç film haqqında fikirlərini bölüşüb.
AzVision.az xəbər verir ki, bu gün Qafqaz Universitetində 8 may Şuşanın işğalından 21 il keçməsi ilə əlaqədar olaraq Qafqaz Universitetinin Media klubu tələbələrinin və ANS televiziyasının birgə əməkdaşlığı ilə ANS Şirkətlər Qrupunun prezidenti, rejissor Vahid Mustafayevin “Xoca” bədii filmi nümayişi olunub. Filmdə hadisələr Bakıda və Xocalıda paralel şəkildə baş verir. Film 102 dəqiqə tamaşaçını gərginlik və həyəcan içində saxlayır. Universitetin Akt zalında film diqqətlə tələbə və müəllim heyəti tərəfindən izlənilib. Zalda iştirak edənlər , rektor Ahmet Saniç də daxil olmaqla göz yaşlarını saxlaya bilməyiblər. ANS Şirkətlər Qrupunun əməkdaşları film haqqında qısa məlumat verib. Eyni zamanda filmdə çəkilmiş aktyor və aktrisalar da filmin nümayişində iştirak ediblər.

Gələn qonaqlar universitet rəhbərliyinə belə bir şərait yaratdıqları və tələbələr məlumatlandırdıqları üçün xüsusi təşəkkür ediblər. Sonra söz Qafqaz Universitetinin rektoru Ahmet Saniçə verilib. Rektor ANS Şirkətlər Qrupunun prezidenti, rejissor Vahid Mustafayevi çəkmiş olduğu filmə görə təbrik edib və “ Filmin gənc nəslin şüurunda müstəqil Azərbaycanımızın müstəqilliyi, suverenliyi üçün canlarından keçən şəhidlərimizin qəhrəmanlığından bəhs edən belə filmlər daha çox olmalıdır” deyə film haqqında fikirlərini bölüşüb.

Sonra söz ANS Şirkətlər Qrupunun prezidenti, rejissor Vahid Mustafayevə verilib. Rejisor universitetin tələbələrinə yaxşı oxumağı, can Azərbaycanın haqq səsini dünyada müdafiə etməyi arzulayıb.

Sonda qonağa rektor Ahmet Saniç tərəfindən xatirə plaketi təqdim olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti