Rusiyada azərbaycanlıların bazarı öldü

Rusiyada azərbaycanlıların bazarı öldü
  09 May 2013    Oxunub:1066
Rusiyada əcnəbi vətəndaşlar satıcı işləyə bilməyəcək
Rusiya Prezidenti Vladimir Putin əcnəbi vətəndaşların Rusiyada aptekdə daxil olmaqla, pərakəndə satış yerlərində tərəzi arxasında durmasına, satıcılıq etməsini qadağa qoyan qanuna imza atıb. AzVision.az-ın rus mətbuatına istinadən verdiyi məlumata görə, Putinin imzaladığı qanuna görə, işverən “yüksək səviyyəli işçi” adı altında əcnəbi vətəndaşları satıcılıq işinə götürə bilməyəcək.

Qeyd edək ki, Rusiyada 1 yanvar 2011-ci ildən etibarən xarici vətəndaşların bazarlarda, spirtli içki mağazasında və apteklərdə satıcılıq etməsi qadağan olunmuşdu. Diqqətə çatdıraq ki, Rusiya bazarlarında işləyənlərin çoxu keçmiş SSRİ ölkələrindən gələn vətəndaşlardır.

Digər tərəfdən isə, Rusiyanın İş və Sosial Müdafiə Nazirliyi 2013-cü ildə 1 milyon 745 min 584 əcnəbi işçi kvotası təyin etmişdi. Anket araşdırmalarına görə, Rusiya vətəndaşlarının yüzdə 64-ü xarici işçilərin sayının azaldılmasının tərəfdarıdır.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti