Sabah hərbi yürüş olacaq

Sabah hərbi yürüş olacaq
  09 May 2013    Oxunub:1330
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar mayın 10-da Müdafiə Nazirliyinin nizamlı bölmələri Bakının müxtəlif küçə və prospektləri boyu 13 marşrut üzrə hərbi yürüş keçirəcək.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov trend-ə bildirib ki, bununla bağlı mayın 10-da saat 12:00-dan başlayaraq tədbirlər tam başa çatanadək paytaxtın mərkəzi küçə və prospektləri, Biləcəri, Lökbatan və Binəqədi qəsəbələri, Xətai rayonu ərazisindəki "Ukrayna" dairəsi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısındakı yol avtomobillərin hərəkəti üçün bağlı olacaq.

Hərbi yürüşün birinci marşrutu Bəhram Gur heykəlinin qarşısından başlayaraq Neftçilər prospekti boyu Azadlıq Meydanı üzrə olacaq. İkinci marşrut Şəfayət Mehdiyev küçəsi ("Salyan kazarması"nın yanından başlayaraq), Hüseyn Cavid, Parlament prospektləri, Mehdi Hüseyn küçəsi, Nərimanov, İnşaatçılar prospektləri, Mərkəzi statistika Dairəsi, Haqverdiyev küçəsi üzrə olacaq.

Ücüncü hərbi yürüş akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısındakı yol, dördüncü marşrut Səməd Vurğun küçəsi, beşinci Biləcəri qəsəbəsi, altıncı "Ukrayna" dairəsi, yeddinci Lökbətan qəsəbəsi, səkkizinci Binəqədi qəsəbəsi və digər küçə və pospektlərdə olacaq.

Keçirilən bu tədbirlərlə bağlı Bakı yol polisi mayın 10-nu "Avtomobilsiz bir gün" devizi elan edir və vətəndaşlardan şəxsi avtomobillərindən istifadə etməməyi xahiş edir.


Teqlər:  





Xəbər lenti