FHN-in yeni binasının açılışı olub

FHN-in yeni binasının açılışı olub
  09 May 2013    Oxunub:3304
Bu gün ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Dövlət Yanğından Mühafizə Hissəsi üçün yeni inzibati bina və əməliyyat deposunun açılışı olub.

AzVision.az xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə iştirak edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov binanın və əməliyyat deposunun açılışını bildirən rəmzi qırmızı lenti kəsmiş, burada yaradılmış şəraitlə tanış olub.

İkimərtəbəli inzibati binada şəxsi heyətin normal iş fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Binanın birinci mərtəbəsində yanğınsöndürən avtomobillərə qulluq üçün lazımi şərait mövcuddur. Nazir Kəmaləddin Heydərov avtomobillərin saxlanıldığı depo, anbar, işçilərin istirahət otağı, yeməkxana, iş və tədris otaqları, idman zalı ilə tanış olmuş, şəxsi heyətlə görüşərək müvafiq tövsiyələrini verib.

Həmin gün Dövlət Yanğından Mühafizə Xidmətinin Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yeni inzibati bina və əməliyyat deposu da istifadəyə verilib. Açılış mərasimində fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev iştirak edib.


Teqlər:  





Xəbər lenti