Yaşadığı qadının qızını öldürdü

Yaşadığı qadının qızını öldürdü
  10 May 2013    Oxunub:1179
Kürdəmirdə dəhşətli qətl.
Kürdəmir rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, dünən Kürdəmir RPŞ-yə ərizə ilə müraciət edən Ruhiyyə Mahmudova qeyri rəsmi nikahda olduğu Qeyrət Süleymanovun bir gün əvvəl onu döyməsi ilə əlaqədar barəsində yazdığı şikayətini geri götürməyəcəyi halda əvvəlki qeyri-rəsmi nikahından olan 3 yaşlı qıznı öldürəcəyi ilə hədələdiyini bildirib. Qeyrət Süleymanovun evindən qaçarkən orada qalmış azyaşlı qızı Mahmudova Mələk Ceyhun qızını götürməkdə köməklik göstərilməsini xahiş edib.

Müraciət əsasında Kürdəmir rayon polis şöbəsinin əməkdaşları Qeyrət Süleymanovun evinə baxış keçirib,Mələk Mahmudovanın meyiti mənzildə çantanın içərisində aşkar edilib. 1982-ci il təvəllüdlü Qeyrət Süleymanovun 3 yaşlı Mələyi döyüb, daha sonra isə boğaraq öldürdüyü məlum olub.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır


Teqlər:  





Xəbər lenti