İki əcnəbi Salyanda qəzaya düşdü

İki əcnəbi Salyanda qəzaya düşdü
  10 May 2013    Oxunub:1143
Qəza nəticəsində 2 nəfər xarici ölkə vətəndaşı xəsarət alıb.
Bakı şəhəri Səbail rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, ötən gün, gecə saat 23.40 radələrində Bakı şəhəri, Salyan şossesi 32-nin qarşısında Ramiz Qasımovun idarə etdiyi "VAZ" 2106 markalı avtomobillə Namiq Almuradovun idarə etdiyi "HOVO" markalı 90-JU-393 dövlət qeydiyyat nişanlı avtomaşm toqquşub.

Toqquşma nəticəsində "VAZ" 2106 markalı avtomobildə olan sərnişinlər, Türkiyə vətəndaşı Qönçə Kamil Yusif oğlu və Gürcüstan Respublikası vətəndaşı Məhəmməd Nağıyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.


Teqlər:





Xəbər lenti