Ziya Məmmədov : “Qiymətlər qalxmalıdır”

Ziya Məmmədov : “Qiymətlər qalxmalıdır”
  10 May 2013    Oxunub:1155
Azərbaycanda sərnişindaşıma ilə məşğul olan 60-a yaxın özəl şirkət var və bu şirkətlər də qiymət artımının tərəfdarıdır.
Bunu jurnalistlərə açıqlamasında Nəqliyyat naziri Ziya Məmmədov deyib. Nazir bildirib ki, bu yaxınlarda 20-yə yaxın avtobusa kart sistemi quraşdırılıb və onlar öz fəaliyyətinə başlayacaq. Ayın sonuna kimi isə bütün avtobus marşrutlarında kart sisteminin tətbiq olunması nəzərə tutulub.

Qiymət artımına və Tarif Şurasının qərarına da toxunan nəqliyyat naziri heç bir qiymət artımı olmadığını, yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini deyib. Qiymət artımı ilə bağlı şuraya müraciət etdiklərini deyən Ziya Məmmədov ölkədə sərnişindaşıma ilə məçğul olan 60 yaxın özəl şirkət olduğunu, qiymətlərin maya dəyərindən aşağı olduğu üçün onların da artımın tərəfdarı olduqlarını bildirib.

Bəzi avtobusların şuranın qərarına əməl etmədiyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən nazir, bəzi mətbuat orqanlarının qeyri-obyektivliyə yol verdiklərini deyib.


Teqlər:  





Xəbər lenti