Hava mülayim olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturunun gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında mayın 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.
Aqrometeoroloji şərh: Mayın 13-dək respublika ərazisində temperatur rejiminin 2-3 dərəcə yüksələcəyi gözlənilir. Eyni zamanda arabir gözlənilən yağıntılar torpağın nəmliliyini artiracaq ki, bu da cücərməkdə olan çiyidin və qarğıdalının inkişafına nisbətən müsbət təsir göstərəcək, qışlaqlarda ot örtüyünün böyüməsini sürətləndirəcək.