Vətəndaşlar nazirə şikayət etdilər

Vətəndaşlar nazirə şikayət etdilər
  11 May 2013    Oxunub:1431
Gənclər və idman naziri Azad Rəhimov bu gün Mingəçevir şəhərində vətəndaşların qəbulunu keçirib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbulda Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Goyçay, Kürdəmir, Ucar, Zərdab, Yevlax və Ağsu rayon sakinləri iştirak ediblər.

Müraciət edən vətəndaşlar daha çox güzəştli ipoteka krediti almaq, idman bölmələrinin açılması, zalların və meydançaların tikintisi, mənzil şəraitinin yaxşılaşdırılması, güzəştli ipoteka krediti, işlə təmin olunmaq, bəzi kəndlərdə futbol meydançasının inşası, işə düzəlmə, gənclər təşkilatının yaradılması, gənclərin asudə vaxtının səmərəli təşkili üçün gənclər mərkəzinin inşası, işlə təminat və s. məsələlərlə bağlı olub.

Qəbula gələn vətəndaşlar arasında idman müəllimləri arasında dərs saatlarının artırılması xahişi ilə müraciət edən, eləcə də, ailə üzvlərinin müalicəsi üçün, eləcə də evinin təmiri məqsədilə müraciət edənlər də var idi.

Qəbula gələn yaşlı nəslin nümayəndələri arasında Mingəçevir şəhərində aparılan tikinti-abadlıq işlərinə görə öz minətdarlıqlarını bildirənlər də var idi.

Qəbul zamanı vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb, digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.

Qeyd edək ki, vətəndaşlar əvvəlcədən kütləvi informasiya vasitələrində elan olunmuş qayda üzrə, müvafiq rayonların yerli gənclər və idman idarələri ilə əlaqə saxlayaraq qəbula yazılıblar.

Qəbuldan sonra nazir Azad Rəhimov Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Goyçay, Kürdəmir, Ucar, Zərdab, Yevlax və Ağsu rayonlarının gənclər və idman idarələrinin rəisləri ilə də görüşərək onlara qəbulun yekunları ilə bağlı müvafiq tapşırqlar verib.



Teqlər:  





Xəbər lenti