Maaşları artdı

Maaşları artdı
  11 May 2013    Oxunub:1519
İnformasiya və rabitə müəssisələrində işləyənlərin orta aylıq əmək haqqı 3,6 faiz artıb
İlin birinci rübündə nəqliyyat müəssisələrində işləyən 72,1 min muzdlu işçinin 72,4 faizi dövlət müəssisələrində, 27,6 faizi özəl bölmədə çalışıbr. İşçilərin 53,2 faizi yerüstü və boru kəməri, 13,5 faizi su, 14,8 faizi hava nəqliyyatı, 18,5 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib.

2012-ci ilin yanvar-mart ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 11,6 faiz artaraq 521,1 manat olub, bu göstərici hava nəqliyyatında 825,4 manat, dəniz nəqliyyatında 672,8 manat, avtomobil nəqliyyatında 490,5 manat, dəmir yolu nəqliyyatında isə 243,1 manat təşkil edib. Əmək haqqı dəmir yolu nəqliyyatında 18,0 faiz, avtomobil nəqliyyatında 17,9 faiz, dəniz nəqliyyatında isə 4,6 faiz artıb.

İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 26,8 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 3,6 faiz artaraq 640,7 manat olub.


Teqlər:  





Xəbər lenti