Heydər Əliyevə həsr olunan xatirə markası təqdim olunub

Heydər Əliyevə həsr olunan xatirə markası təqdim olunub
  11 May 2013    Oxunub:1224
Azərbaycanın Macarıstandakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib.
AzVision.az xəbər verir ki, qəbulda Macarıstan rəsmiləri, Budapeştdə akkreditə olunan diplomatik korpusun nümayəndələri, Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Səfir Vilayət Quliyev müasir Azərbaycan tarixində Heydər Əliyevin yeri və rolu haqqında danışıb.

Daha sonra "Bir həsədin tarixi" sənədli filmi nümayiş etdirilib.

Rəsmi qəbul çərçivəsində səfirliyin Macar Poçtu ilə birlikdə hazırladığı və Heydər Əliyevin 90 illiyinə həsr olunan xatirə markasının təqdimatı keçirilib.


Teqlər:  





Xəbər lenti