“Gülər Əhmədova tez-tez qışqırır”

“Gülər Əhmədova tez-tez qışqırır”
  11 May 2013    Oxunub:1408
Vəkil Əfsər Talıbov həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə görüşüb.
Ə. Talıbov Apa-ya açıqlamasında müdafiə etdiyi şəxsin səhhətinin yaxşı olmadığını bildirib:

“Gülər xanım son hadisələrə görə özünü çox pis hiss edir. Dünən axşam qıcolması olub. Tez-tez ürəyi, başı ağrıyır. Mən həkimlə də söhbət elədim. Həkim də bunları təsdiqlədi”.

Vəkil Ə. Talıbov G. Əhmədovanın psixoloji durumunun da pis olduğunu söyləyib:

“Tez-tez əsəbiləşib qışqırır. Psixoloji durumu yaxşı deyil”.


Teqlər:  





Xəbər lenti