İTV-də yoxlama aparılacaq

İTV-də yoxlama aparılacaq
  13 May 2013    Oxunub:1239
Bundan Hesablama Palatası bir neçə icra hakimiyyətində də yoxlama aparacaq.
Bu günlərdə Hesablama Palatasının kollegiya iclası keçirilib. Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şirkətinə dövlət büdcəsindən və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsi üzrə audit proqramı müzakirə olunaraq təsdiq edilib.

Bunda başqa dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Qax rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara və Naxçıvan MR büdcəsindən və digər mənbələrdən Naxçıvan şəhər 1 nömrəli Mənzil İstismar İdarəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və Prezidentin Ehtiyat Fondundan Lerik rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadəsi və dövlət büdcəsindən Azərbaycanın İsveçdəki səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin icrası, dövlət rüsumlarının hesablanması və ödənilməsi üzrə audit proqramları müzakirə olunaraq təsdiqlənib.

AzVision.az



Teqlər:  





Xəbər lenti