`O şeirləri mən yazmamışam...` - Elza etiraf etdi

`O şeirləri mən yazmamışam...` - Elza etiraf etdi
  10 Yanvar 2015    Oxunub:3087
“Mənim adımla uydurma şeir yazıb yayırlar. Həmin şəxsləri mən məhkəməyə verəcəyəm”.
Bunu AzVision.az-a açıqlamasında Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan deyib. Bəstəkar qeyd edib ki, son günlər onun adı ilə yazılan şeirlərin müəllifini tanımır:

“Axırıncı yayılan şeiri mənim deyil. Mənim şeirimdə soruşurlar kı, məni kimdir yazdıran? Məni yazdıran var. Yazdıranı qazdıran var. Canları çıxsın . Bu misralar mənə məxsusdur. O cümlələri götürüb bəzi şəxslər mənim adımdan uydurma şeirlər yazıb yayırlar. Həmin şəxslər məndən inciməsinlər. Onlara qarşı amansız olacağam. Həmin şəxsləri məhkəməyə verəcəyəm. Mən uydurma şeir yazmıram. Mən ağzıma gələn şeiri də yazmıram. Xahiş edirəm ağızlarına gələn şeiri yazıb mənim adımla yaymasınlar. Mənim şeirlərimdə eşq, məhəbbət, tanrı, təbiət var”.

Qeyd edək ki, bir neçə gün öncə mətbuat səhifələrində Elza Seyidcahana məxsus olduğu iddia edilən şeir yayılıb. Şeirdə isə şikayət motivləri üstünlük təşkil edib.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti