Daha bir şirniyyat sexinə qadağa

Daha bir şirniyyat sexinə qadağa
  13 May 2013    Oxunub:1642
Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi 110 ünvanında fəaliyyət göstərən fiziki şəxs Yavuz Özgenin rəhbərlik etdiyi sexdə biskvitli-kremli tortların və şərq şirniyyatlarının istehsalı və satışı qadağan edilib
Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin İnformasiya Texnologiyalari və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, komiyə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi 110 ünvanında fəaliyyət göstərən fiziki şəxs Yavuz Özgenin rəhbərlik etdiyi müəssisədə dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Araşdırma zamanı müəyyən olunub ki, müəssisənin ümumi vəziyyəti qeyri-qənaətbəxşdir, məhsulların müvafiq keyfiyyətdə sabit istehsalı üçün sanitariya norma və qaydalara cavab verən şərait yoxdur, işçilər tərəfindən bu qaydalalara riayət edilmir. Müəssisədə sanitar qovşağın birbaşa istehsal sahəsində yerləşməsi, işçilərin şəxsi əşyalarının (ayyaqabılar, çantalar və s.) və tullantı torbalarının istehsal sahəsində məhsullarla yanaşı saxlanmasını buna misal göstərmək olar.

Həmçinin müəyyən olunub ki, müəssisədə yoxlanılan biskvitli-kremli tortlar və şərq şirniyyatları AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına zidd olaraq sertifikatlaşdırılmadan istehsal olunur, məhsulların təhlükəsizlik göstəricilərinin yoxlanmasını təsdiq edən gigiyenik sertifikatlar mövcud deyil, məhsullar mövcud normativ sənədlərin tələblərinə zidd olaraq təsdiq olunmuş resepturalar və texnoloji təlimatlar olmadan, həmçinin markalanma aparılmadan istehsal olunur.

Aşkar olunub ki, bu və digər nöqsanlarla əlaqədar olaraq fiziki şəxs Yavuz Özgenin rəhbərlik etdiyi sexdə biskvitli-kremli tortların və şərq şirniyyatlarının istehsalı və satışı qadağan edilib.


Teqlər:  





Xəbər lenti