Sabah yağış yağacaq
Mayın 14-də səhər yarımadanın bəzi yerlərin qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim-cənub küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 23-25 dərəcə isti, mayın 15-də isə bəzi yerlərdə 28 dərəcəyədək isti olacağı gözlənilir.
Rayonlarda da gecə qısamüddətli yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim-şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 11-16, gündüz 21-26, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacaq.
Mayın 15-də də bölgələrdə əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu Aran rayonlarında gecə 10-15, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti gözlənilir.
Tibbi meteoroloji proqnoz: yaxın 2 gün ərzində Abşeron yarımadasında tibbi-meteoroloji amillərin zəif və mülayim tərəddüdü, eyni zamanda temperaturun iqlim normasına yaxın olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
AzVision.az