Azərbaycan serialında Hillari Klintonu öldürmək istəyirlər

Azərbaycan serialında Hillari Klintonu öldürmək istəyirlər
  13 Yanvar 2015    Oxunub:2528
Hazırda İsveçdə yaşayan rejissor azərbaycanlı Rahim Sadıqbəyli neçə ildir yarımçıq qalmış “Bəyaz həyat” serialının tamamlamağa çalışır.

- İki il əvvəl İlqar Fəhminin ssenarisi əsasında serialın çəkilişlərinə başladıq. Motiv “Bəyaz həyat”dan götürülsə də, həm adı, həm də sujet xətti tamamilə fərqlənir.- deyə rejissor AzVision.az-a bildirib. - 10 seriyalı filmin adı “Bəyaz yuxular” olacaq. Yeganə bənzərlik Kamal Dənizin yenə də Riyad obrazı ilə ekranlara çıxmasıdır. 6 bölümün çəkilişləri tamamlanıb, qalan 4 bölümü isə bəz səbəblərdən dolayı davam edə bilmədik. İşin çətin tərəfi - İsveç səhnələri bitib, qalıb Azərbaycanda çəkiləcək səhnələr. Filmin demo variantı da artıq hazırdır. Bir neçə telekanala və produser mərkəzlərinə təklif etmişəm, amma səbəb göstərilmədən nə “hə”, nə də “yox” cavabı verilir.

Rejissorun sözlərinə görə, bu dəfə serialda məhəbbət yox, terrorla mübarizə mövzusuna toxunulub. Süjetə görə, Hillari Klintonun İsveçdə keçirilən mətbuat konfransı zamanı terroristlər həmin binanı partlatmağa hazırlaşır. Detektiv işləyən Riyad isə bu plandan duyuq düşüb, hadisənin qarşısını alır.

-Xüsusilə deyim ki, Hillari Klintonun mətbuat konfransı kadrları realdır. Yəni bu kadrları çəkmək üçün Azərbaycan Xarici İşlər Nazirliyindən rəsmi icazə almışam,- deyə Rahim Sadıqbəyli AzVision.az-a bildirib.

Serialda əsas rollarda xalq artisti Rasim Balayev, Aqil M. Quliyev, Əjdər Zeynalov, Namiq Ağayev çəkiliblər.

Sevda
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti