Morninqstar Qəbələdə - FOTO
Görüşdə səfirə Qəbələ haqqında, rayonun tarixi, kənd təsərrüfatı, turizm infrastrukturu, təhsil müəssisələri və mədəniyyət abidələri barədə, tikinti-quruculuq və sosial-iqtisadi inkişafla bağlı görülən işlər haqqında məlumat verilib.
Qəbələyə ilk səfəri olduğunu qeyd edən diplomat rayonun mənzərəsinin onda yüksək təəssürat yaratdığını vurğulayıb.
Riçard Morninqstar Abil Ağasəfova kənd təsərrüfatı haqqında kitab hədiyyə edib.Amerikalı diplomata icra hakimiyyəti adından üzərində Qəbələ qalasının görüntüsü olan xalça hədiyyə olunub.
Sonra qonaq Qəbələ regional QHT-lərin Resurs və Təlim Mərkəzində yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb.
Riçard Morninqstar “İngilis dili üzrə mikro təqaüd proqramı” çərçivəsində təhsil alan Qəbələnin Tüntül kənd orta məktəbinin şagirdləri ilə görüşüb. Görüşdə məlumat verilib ki, məktəbin 15-17 yaşlı 25 şagirdi artıq bir ildir ki, bu proqram üzrə ingilis dili kurslarında iştirak edir. Bu proqram çərçivəsində hazırda Azərbaycanın 16 şəhər və rayonunda 240 şagird ingilis dilini öyrənir. 2007-ci ildən Azərbaycanda həyata keçirilən bu proqram çərçivəsində isə 800 şagird ingilis dilini öyrənib.
Sabah isə Riçard Morninqstar rayonun Nic qəsəbəsinə səfər edəcək.