AzVision.az xəbər verir ki, film məşhur idmançı, II Dünya Müharibəsinin iştirakçısı Lui Zamperininin həyatından bəhs edir.
Zamperini 1936-cı ildə Berlin Olimpiadasında qaçış üzrə ABŞ-ı təmsil etmişdi. Amma savaş başlayanda könüllü olaraq cəbhəyə yollanır və Hərbi Hava Qüvvələrində xidmətə başlayır. 1943-cü ildə onun olduğu bombardmançı təyyarə Sakit Okeana düşür. Çətinliklə sağ qala bilən Zamperini yaponlar əsir götürürlər...
Müharibədən sonra Zamperini ağır posttravmatik sindroma düçar olur və dinə qapanır. O, ötən il 97 yaşına dünyasını dəyişib.
Ssenarisi Koen qardaşlarının iştirakı ilə yazılan filmin çəkilişlərinə başlamazdan əvvəl Ancelina Coli özü şəxsən Zamperini ilə görüşmüşdü.
Ekran əsərində baş rolu “300 spartalı: İmperiyanın çiçəklənməsi” filmindən tanıdığımız Cey O`Konnel oynayıb.
Film bu gündən başlayaraq, Bakıdakı kinoteatrlarda da göstəriləcək.
AzVision.az