Demet Akalın Bakıdakı konserti lağa qoydu

Demet Akalın Bakıdakı konserti lağa qoydu
  17 Yanvar 2015    Oxunub:4056
Müğənni Demet Akalının sosial media profilindən ad çəkmədən həmkarı Hande Yenerin Bakıda baş tutan konsertini lağa qoyub.
AzVision.az AxşamAz-a istinadən xəbər verir ki, Handenin Yeni il konserti üçün Bakıda səhnəyə çıxması müğənnilər arasında söz-söhbətə səbəb olub.

Demet Tvitter hesabında konsert qarşılığında verilən məbləğin böyüklüyünü əsas tutaraq həmkarı və bir zamanlar yaxın dostu olan Handeye söz atıb:

"Alaha şükür ki, nə Yeni ildə kiməsə 300 milyard zərər verdim, nə də zalın dörddə birini doldurdum".

Akalın bu mesajı fanatları tərəfindən dəstəklənsə də, onlar söhbətin kimdən getdiyini bilməyiblər.

Bu paylaşımdan sonra Hande də həmkarına cavab yazıb:

"Ad çəkmədən insanlara iftira atmaq ya da ad çəkərək kiminsə ayıbını üzə çıxartmaq ən çox sənə yaraşar".

Xatırladaq ki, Hande Yenerin Bakı çıxışı üçün nə qədər aldığı açıqlanmasa da Türkiyə mediası xəbər vermişdi ki, ilk öncə Demet Akalın 400 min lirə qonorar (təxminən 150 min dollar) qarşılığında konsert təklifini rədd edib. Demet Akalının yerinə isə konsertə Hande Yener gələsi olub.


Teqlər:





Xəbər lenti