Parlamentdə Elçibəyin adının əbədiləşdirilməsi məsələsi qaldırıldı

Parlamentdə Elçibəyin adının əbədiləşdirilməsi məsələsi qaldırıldı
  14 May 2013    Oxunub:1475
Milli Məclisin bugünki plenar iclasında millət vəkilləri Əbülfəz Elçibəyin adının əbədiləşdirilməsini müzakirə ediblər.
AzVision.az xəbər verir ki, millət vəkili Fərəc Quliyev Elçibəyin adının əbədiləşdirilməsi üçün müəyyən işlərin görülməsini istəyib.

Onun bu təklifini Qüdrət Həsənquliyev dəstəklədi. O, qeyd edib ki, artıq Azərbaycan müxalifətinin böyük hissəsi Heydər Əliyevin dövlət müstəqilliyinin qurucusu olduğunu açıq söyləməkdən çəkinmirlər: “Elçibəy də milli azadlıq hərəkatının lideri olub. Ölkədə siyasi mədəniyyətin inkişafına imkan yaratmalı, onun adının əbədiləşdirilməsi üçün işlər görülməlidir. AXC-nin 90 illik yubileyi gəlir, Qafqaz İslam Ordusunun başına Nuru Paşa Bakının iğalı 1300-dən artıq Anadolu türkü burada şəhid olub”-deyə, Q.Həsənquliyev vurğulayıb.

Deputat Türkiyə-Azərbaycan dostluğunun əbədiləşdirilməsi üçün Nuru Paşaya da abidə qoyulmasnı təklif edib: “Bu bizim öz tariximizə hörmətimizin nümunəsi olardı və iqtidara baş ucalığı gətirərdi”

AzVision.az


Teqlər:





Xəbər lenti