`Eurovision`da bu da olacaq...

`Eurovision`da bu da olacaq...
  20 Yanvar 2015    Oxunub:4059
Finlandiyanın `Pertti Kurikan Nimipäivät` (PKN) pank qrupu `Eurovision`da iştirak etmək üçün müsabiqənin birinci seçim mərhələsindən adlayıb.

Qəribə olan budur ki, qrup Daun xəstəliyindən əziyyət çəkən musiqiçilərdən ibarətdir.
Yəni tamamilə mümkündür ki, Finlandiyanı Eurovision-da Daun xəstələri təmsil edəcəklər.

PKN qrupu 2009-cu ildə Helsinkidə əlillərin sosial mərkəzinin nəzdində yaradılıb. Qrup öz mahnılarında sosial ədalətsizlik mövzuna toxunur, əlillərin hər gün necə çətinliklərlə üzləşdiyini təsvir edir...

Qeyd edək ki, "Eurovision-2015" may ayında Avstriyada baş tutacaq.

Nuran
AzVision.az



Teqlər:  





Xəbər lenti