Nazirliyin “Twitter”də səhifəsi yaradılıb

Nazirliyin  “Twitter”də səhifəsi yaradılıb
  14 May 2013    Oxunub:1314
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Twitter səhifəsi də fəaliyyətə başlayıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, nazirliki öz fəaliyyəti barədə cəmiyyətin geniş məlumatlandırılması, cəmiyyətlə sıx təmas şəraitində iş prosesinin təşkilində elektron imkanlardan istifadəyə xüsusi önəm verir. Son vaxtlarda bu istiqamətdə növbəti işlər olaraq, Nazirliyin yeni facebook səhifəsi və profili yaradılıb.

Bu günlərdə isə Nazirliyin Twitter səhifəsi də fəaliyyətə başlayıb. Yeni yaradılan Twitter səhifəsinin (MLSPPAzerbaijan) fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulur. Səhifədəki məlumatlar mütəmadi olaraq yenilənir. Qeyd edək ki, nazirliyin rəsmi facebook səhifəsi (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) artıq 10 000 nəfərə yaxın izləyiciyə malik olmaqla, dövlət qurumları arasında ən çox izləyicisi olan səhifələrdən biridir.

Həmçinin facebook-da Nazirliyin rəsmi profilində (mlspp.gov.az) 170 istifadəçi ilə dostluq əlaqəsi mövcuddur ki, onların əksəriyyətini KİV nümayəndələri təşkil edir.

AzVİsion.az


Teqlər:





Xəbər lenti