Elnur ailəsini niyə gizlədirmiş? - ŞOK Məlumat

Elnur ailəsini niyə gizlədirmiş? - ŞOK Məlumat
  22 Yanvar 2015    Oxunub:26544
“Elnur Hüseynov ailəsini hamıdan gizlədirdi, anası haqda ümumiyyətlə heç nə danışmırdı”.

Bu barədə AzVision.az-a Azərbaycan Dövlət Filarmoniyasının Kadrlar Şöbəsindən məlumat verilib.

“O səs Türkiyə” müsabiqəsində uğurlu çıxışı ilə gündəmə gələn Elnur Hüseynovun həyatı və yaradıcılığı ilə bağlı onun Filarmoniyada çalışan müəlimi maraqlı fikirlər səsləndirib.

Adının mətbuatda çəkilməsini istəməyən müsahibimiz bildirib ki, E. Hüseynov illər öncə Xor Kopellasında çalışsa da ailəsi ilə bağlı məlumatları kollektivdən həmişə gizli saxlayırmış:

“Elnurun atası hərbçi olduğuna görə onlar gah ora, gah da bura gedirdilər. Yəqin ki, Elnurun ailəsi Bakıda kiminsə evində kirayə qalırdı. Biz onu Filarmoniyaya çox cavanikən işə götürmüşdük. Həmişə qorxurduq ki, bu uşaq əvvəl-axır özünə nə isə edə bilər. Elnur həmişə deyirdi ki, böyük bir partlayış edəcək. Ukraynaya getmək istəyirdi. Daimi orada qalmaq, yaşamaq arzusundaydı. Elnur işə gəlmirdi. Amma biz onun əmək kitabçasını korlamaq istəmirdik. Bədii rəhbərə dedik ki, Elnuru axtarıb tapsınlar və o gəlib ərizəsini yazsın və işdən çıxsın.

Qorxurduq ki, onun başına nəsə gələ bilər. Elnurun atası hərbçi həkim olub. Onun anası çox güman ki, musiqi sahəsini bitirmişdi. Amma anası işləmirdi. Elnurun bir qardaşı da var idi. Qardaşı Elnurdan balaca idi. O, Azərbaycan dilini yaxşı bilirdi. Onun valideynləri yəqin ki, tez-tez başqa-başqa ölkələrə gedirdilər. Elnur çox vaxt Bakıda tək qalırdı. Biz Elnurun nailiyyətlərinə həmişə sevinmişik. O ilk dəfə bizim yanımıza gəlib və qarşımızda oturub. Biz o vaxtlar Elnurun ailəsi barəsində məlumatlar toplamağa çalışırdıq. Amma heç nə əldə edə bilmirdik. Özü ailəsi ilə bağlı heç nə danışmırdı. Elnur tez-tez konsert verərdi. Onun çoxlu tamaşaçı kütləsi var idi. Xeyli insan onun konsertinə gələrdi. Elnur gizlətsə də o Bakıda ailəsindən ayrı, tək yaşayırdı. Elnur ailəsinə qarşı çox biganə idi. Ümumiyyətlə ailəsi ilə bağlı məsələlər onu maraqlandırmırdı. Səbəbini isə deyə bilmərəm. O, anası barəsində bütün məlumatları gizlədirdi. Ola bilsin ki, ailəsi ondan imtina etmişdi. Özünü işdə də çox qəribə aparırdı. Hətta o atasının, anasının neçə yaşında olduğunu belə bilmirdi”.

Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, Xalq artisti Gülbacı İmanova da Elnurla bağlı fikirlərini bölüşüb. Bildirib ki, E. Hüseynov çox böyük səs imkanına malikdir:

“Elnur bizdə Xor Kopellasında işləyib. Çox istedadlı vakalçı olub. Bir şəxsiyyət kimi də o çox yaxşı insandır. Mən ondan bir vakalçı kimi çox razı idim. Onun Xor Kopellası ilə birlikdə tez-tez konsertləri olub. Bizim konsertlərimiz çox uğurlu olurdu. Elnur həmişə bizimlə maraqlanır. Onun ailəsi Bakının kəndlərindən birində qalırdı. Elnur isə Bakının mərkəzində qalırdı”.

Sonda isə G. İmanova qeyd edib ki, Elnur Hüseynov çox böyük musiqiçidir.

Qeyd edək ki. Elnur Hüseynov və Samir Cavadzadə 2007-ci ildə ilk dəfə Avroviziya musiqi yarışmasında Azərbaycanı təmsil ediblər. E. Hüseynov hazırda Türkiyədə telekanalında yayımlanan məşhur “O səs Türkiyə” musiqi yarışmasının iştirakçısıdır.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti