Şeyxülislam İrana gedəcək
SalamNews-un İran mətbuatına istinadən verdiyi xəbərə görə, o, mətbuat konfransında jurnalistlərin Azərbaycan-İran əlaqələri ilə bağlı suallarına cavablandırarkən deyib ki, Azərbaycan və İran dost, qonşu ölkədir: "Qarşılıqlı əlaqələrə xələl gətirən səylərin olmasına baxmayaraq, iki ölkənin rəsmiləri dostluq əlaqələrini qorumaq üçün iradə nümayiş etdirirlər."
Diplomat söyləyib ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxulislam Hacı Allahşükür Paşazadə yaxın gələcəkdə İran-Azərbaycanın dostluq əlaqələrinin davam etdirilməsi məqsədilə ölkəmizə gələcək.
S.Ə.Əraqçi İranın və Azərbaycanın Suriya münaqişəsi ilə bağlı birgə müzakirələr apardığını diqqətə çatdırıb.
Teqlər: