Prezident BMT-nin Vyana ofisinin baş direktoru ilə görüşüb

Prezident  BMT-nin Vyana ofisinin baş direktoru ilə görüşüb
  14 May 2013    Oxunub:1215
Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriyaya rəsmi səfəri çərçivəsində BMT-nin Vyana ofisinin baş direktoru Yuri Fedotov ilə görüşüb.
Dövlətimizin başçısı BMT-nin Vyana ofisinə gəldi.

Baş direktor Yuri Fedotov Prezident İlham Əliyevi qarşıladı.

Görüşdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü kimi bu qurumun, ümumiyyətlə BMT-nin həyata keçirdiyi fəaliyyətə və ümumi proseslərə töhfə verdiyi qeyd olundu. Eyni zamanda, BMT-nin fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən tədbirlərin Azərbaycanda keçirilməsinin önəmi vurğulandı.
Görüşdə Azərbaycan ilə BMT-nin Vyana ofisi arasında əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.


Teqlər:





Xəbər lenti