Hökumət su təchizatını yaxşılaşdırılmaq üçün ərazilər alır

Hökumət su təchizatını yaxşılaşdırılmaq üçün ərazilər alır
  14 May 2013    Oxunub:1280
Nazirlər Kabineti "Meliorasiya və Su Təsərrüfatı" ASC-yə dövlət ehtiyacları üçün ərazilər əldə etməyi tapşırıb.
Nazirlər Kabinetinin 3 may tarixli qərarına görə, Şabran, Siyəzən, Ağsu, İsmayıllı, Masallı, Yardımlı, Lerik və Cəlilabad rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədi ilə tikili və qurğuların inşa ediləcəyi əraziləri dövlət ehtiyacları üçün alan orqan "Meliorasiya və Su Təsərrüfatı" ASC müəyyən edilib.

Qərara görə, Nazirlər Kabineti ASC-yə həmin ərazilərin alınması ilə bağlı hazırlıq tədbirlərinin görülməsini və bu məsələ üzrə təkliflərini hökumətə təqdim etməyi tapşırıb.

Qərar imzalandığı gündən qüvvəyə minir.


Teqlər:





Xəbər lenti