Azərbaycanlı qız “O səs Türkiyə”ni tərk etdi

Azərbaycanlı qız  “O səs Türkiyə”ni tərk etdi
  03 Fevral 2015    Oxunub:2424
“O səs Türkiyə”nin “Çarpaz duellər” mərhələsinin növbəti günündə azərbaycanlı Səmra Rəhimli çıxış edib.
AzVision.az axşam.az-a istinadən xəbər verir ki, keçən tur Hadisənin komandasından Gökhanın komandasına keçən həmyerlimiz bu dəfə Sertab Erenerin repertuarından “Everyway that I can” mahnısını oxuyub.

Tamaşaçı səsverməsinə görə, Səmra Hadisənin iştirakçısı Zeo Cavidə uduzaraq yarışmanı tərk edib.

Xatırladaq ki, "Çarpaz duellər"də yalnız iki azərbaycanlı iştirakçı Elnur Hüseynov və Məltəm Abbasova qalib gələrək növbəti mərhələyə keçiblər.

Qeyd edək ki, Acun İlicalının aparıcılığı ilə Türkiyənin TV8 telekanalında yayımlanan proqramın münsiflər kürsüsündə Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan oturub.


Teqlər:





Xəbər lenti