Bakıda avtobus yandı

Bakıda avtobus yandı
  03 Fevral 2015    Oxunub:2208
Bakıda sərnişin avtobusunda yanğın olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Binəqədi rayonunda “Transqeyt” MMC-yə məxsus “Daewoo” markalı sərnişin avtobusunun mühərrik hissəsi və salonunda 5 ədəd arxa oturacaq yanıb.

Yüksək temperaturdan avtobusun içərisində olan plastik materiallar əriyib.

Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:



Xəbər lenti