Stress insan üçün xeyirli imiş - Maraqlı
Stress təkcə dünyaya əsasən pozitiv tərəfdən yanaşan nikbin insanlara müsbət təsir göstərir. Bədbinlərə isə stress əksinə, əlavə təzyiq olur, verilən tapşırığın öhdəsindən gəlməyə mane olur.
Alimlər güman edirlər ki, az miqdarda stress halları istənilən adama əla təcrübə ola bilər. Əbəs yerə deyil ki, insanı “komfort zonası”ndan çıxaran treninqlər bu qədər populyarlaşıb. Məhz vəziyyətin qeyri-standartlığı ətalətdən qopmağa və çətin problemin həllinin yeni yaradıcı yolunu tapmağa kömək edir.
Alimlər insanlara stress faktorlarının öz orqanizmlərinə təsirini məhdudlaşdırmağı məsləhət görürlər. Həddən artıq işləmək, tapşırıqlarla daim yüklənmək nikbinlərin də, bədbinlərin də səhhətinə neqativ təsir göstərir.
Teqlər: