Gəlin toy günü bəyi tərk etdi

Gəlin toy günü bəyi tərk etdi
  13 Mart 2015    Oxunub:3629
Hindistanda qeyri-adi hadisə baş verib. Belə ki, gəlin bəyi riyazi toplamanı yerinə yetirə bilmədiyinə görə toy günü tərk edib.
AzVision.az xəbər verir ki, gəlin toyda bəydən “15 + 6”-nın cavabını soruşub, bəy isə bu suala “17” deyə cavab verib. Gəlin bu səbəbdən bəyi savadsızlıqda ittiham edərək toyu tərk edib.

O deyib ki, bəy ona savadlı olduğunu deyərək aldadıb. Gəlin toyu tərk edəndən sonra yerli polis hədiyyələri geri qaytarmaq üçün ailələlərə vasitəçilik edib.

Qeyd edək ki, Hindistanın əksər yerlərində evlilik ailələrin vasitəçiliyi ilə baş tutduğundan gəlinlə bəyin bir-birini görüb, tanımaq imkanı olmur.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti