Azərbaycanlı `Brüs Li` – FOTO, VİDEO

Azərbaycanlı `Brüs Li` – FOTO, VİDEO
  16 Mart 2015    Oxunub:3911
Məşhur döyüş ustası və aktyoru Brüs Linin yalnız xarici görkəmcə deyil, həmçinin hərəkətləri ilə qüsursuz bənzəri olan 21 yaşlı Əfqanıstan vətəndaşı, əslən azərbaycanlı Abbas Əlizadə Bakıya gəlib. Onun paytaxta gəlişinin səbəbi Azərbaycanda çəkiləcək bədii filmdə rol alması təklifi olub.

Bu barədə layihənin mətbuat katibi Fuad Mədətov mətbuata açıqlamasında bildirib ki, şərti adı “Elli” olan komediya janrında çəkiləcək bədii filmdə Abbas Əlizadə baş rolun ifaçılarından biri olacaq. Digər baş rolun ifaçısı isə populyar aktyor Elməddin Cəfərov olacaq: “Filmin bütün texnikası və texniki heyyəti xarici ölkələrin birinə həvalə olunub. Komediya janrında olan filmin çəkilişləri Bakıda, İsmayıllıda və Şəkidə aparılacaq. Film Azərbaycan, Əfqanıstan, Türkiyə və MDB ölkələrində nümayiş olunacaq”.

Filmin quruluşçu rejissoru və ssenari müəllifi Nicat Rzazadə, rejissoru Ruslan İsmayılov və baş prodüseri Sarvan Allahverdiyevdir.

Layihənin rəhbərləri Nicat Rzazadə və Ruslan İsmayılov onu da qeyd ediblər ki, Abbas Əlizadə ilə 5 illik qarşılıqlı müqavilə imzalayıblar. Onlar xüsusi olaraq, müqavilənin şərtlərindən birini açıqlayıblar: “Qarşıdakı 5 il müddətində Azərbaycan və Türkiyədən hər kim müraciət edərsə ki, Abbas Əlizadəni hər hansı çəkiliş prosesində, ümüumiyyətlə, yaradıcı işlərdə iştirakını təmin etsinlər, mütləq biz vasitəçi olmalıyıq. Bizə müraciət olunmalıdır.”

Məlumat üçün bildirək ki, Abbas Əlizadənin ailəsi uzun illər əvvəl Azərbaycanın Şəmkir rayonundan Әfqanıstana köç edib və hazırda da orada yaşayırlar.




Teqlər:  





Xəbər lenti