Leyla Əliyeva “Səməni” sərgisində - FOTOLAR

Leyla Əliyeva “Səməni” sərgisində - FOTOLAR
  18 Mart 2015    Oxunub:3523
Martın 18-də Heydər Əliyev Mərkəzinin parkında “Cracking Art” və “Səməni” Beynəlxalq İncəsənət Sərgisinin rəsmi açılış mərasimi keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib.

Avropanın məşhur “Cracking Art Group” əsərləri Mərkəzin parkında nümayiş etdirilir. “Pop-art” janrındakı nəhəng incəsənət əsərlərindən ibarət sərgi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin rəsmi tərəfdaşlığı ilə təşkil olunub. Layihənin məqsədi Azərbaycanda ekoloji problemlərin həllinə, flora və faunanın qorunmasına diqqəti artırmaqdır. IDEA-nın rəhbəri Leyla Əliyeva bura toplaşan gənclərlə birlikdə sərgi ilə tanış olub.

Qeyd edək ki, 1993-cü ildə Avropanın 6 rəssamı - italiyalı Renzo Nukara (Renzo Nucara), Marko Veronez (Marco Veronese), Kikko (Kicco), fransalı Aleks Anci (Alex Angi), belçikalı Karlo Rizzetti (Carlo Rizzetti), Vilyam Svitlav (William Sweetlove) bir araya gələrək “Cracking Art Group”u yaradıblar. Bu hərəkat bütün səylərini müasir incəsənət haqda təsəvvürlərin dəyişməsinə, sənətdə sosial və ekoloji istiqamətlərdə innovativ metodlar tətbiq etməklə yenilik yaratmağa yönəldib.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti