Balıq tutmaq istədi, toruna pul düşdü

Balıq tutmaq istədi, toruna pul düşdü
  29 Mart 2015    Oxunub:3838
Türkiyədə 71 yaşlı balıqçının toruna 105 illik əskinas çıxıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Batman vilayətində yaşayan və balıqçılıqla məşğul olan 10 uşaq atası Səid Boz çayda balıq ovlayanda toruna pul düşüb.

Pulu çıxarıb baxandan sonra isə onun 1910-cu ildə kəsilmiş və üzərində “Almaniya – Berlin” yazılan min marklıq əskinas olduğu məlum olub.

Səid Boz deyib ki, pulu satmaq istəyir:

“Yəqin ki, pulu həmin illər bu tərəfə gələn alman əsgərləri tərəfindən gizlədilib, indi ortaya çıxıb. Həmin pul indi dövriyyədən çıxıb, amma kolleksionerlərdən kimsə almaq istəsə münasib qiymətə sata bilərəm”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti