“Yuxularım” sərgisi keçiriləcək

“Yuxularım” sərgisi keçiriləcək
  30 Mart 2015    Oxunub:2093
Aprelin 3-dən 5-dək Muzey Mərkəzinin Sərgi Qalereyasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə rəssam Emil Əzizin “Yuxularım” adlı ikinci fərdi sərgisi keçiriləcək.

Sərgidə Türkiyədə yaradıcılıqla məşqul olan və Azərbaycan incəsənətini xaricdə layiqli təmsil edən, beynəlxalq sərgilərin iştirakçısı, UPSD - UNESCO İncəsənət Assosiasiyasının üzvü, Emil Azizin üç istiqamətdə 40-dan artıq yeni əsəri nümayiş olunacaq. Bununla yanaşı rəssamın şəxsi kolleksiyalardaki bəzi işləri də sərgilənəcək. Bu dəfə rəssam qadın, zaman və dəb mövzusuyla yanaşı peyzaj, eləcə də Bakının əks olunduğu kompozisiyaları təqdim edəcək. Galereyada “Pink Piano” (“Çəhrayı piano”), “Blood Diamond” (“Qanlı almaz”), “Masks games” (“Maskaların oyunları”), “Secrets of Egypt” (“Misirin sirrləri”), “After Rain” (“Yağışdan sonra”), “Oil Fields” (“Neft yataqları”), “Taksim” (“Taksim”) kimi tablolar da sergilenecek.

“Yuxularım”la sənətsevərləri zəngin rəng dünyasına qonaq edəcək rəssam sözügedən sərgiyə səkkiz aydan artıqdır hazırlaşır. Emil Əziz əsərlərində qadın gözəlliyi, fantaziya, ironiya və realizmi birləşdirir. Yuxularının məhz rəngli olması da təsadüfi deyil.

“Yuxularım” vasitəsilə tamaşaçılarla bir növ dialoqa girməyi hədəfləyən rəssam, yaradılışın rəngləri və adi gözəlliyi əks etdirən işlərində hər kəsin özünəməxsus anı yaxud xatirəni görəcəyinə inanır. Rənglərdən cəsarətlə istifadə edən Emil, bu tərzdə işləyən sayılı azərbaycanlı rəssamlardandır.

Sərginin media dəstəyi Büro 24/7 Azerbaijan və Nargis Magazine jurnalına məxsusdur.

Aprelin 3, 4-ü və 5-i keçiriləcək sərgiyə giriş sərbəst olacaq.

Nuron


Teqlər:  





Xəbər lenti