İbrahim Tatlısəsin əməliyyatdan sonra ilk FOTOSU
İ.Tatlısəsin yaxın günlərdə Türkiyəyə qayıtması gözlənilir.
Müğənninin əməliyyatdan sonra yayılan ilk fotosunda arıqladığı nəzərə çarpır.
Onu da bildirək ki, İ.Tatlısəs 2011-ci ildə silahlı hücuma məruz qalıb. Başından silahla yaralanan müğənni illərdir ki, müalicə alsa da hələ tam sağalmayıb. O, uzun müddət davam edən müalicədən sonra qismən səhhəti yaxşılaşmışdı, lakin qırılan beyin sümüyü riskli olduğu üçün çıxarılmayıb və sol tərəfi iflic qalıb. Məşhur türküçü həmin sümüyün çıxarılması üçün Mayamidə yenidən əməliyyat olundu. O, əməliyyatın riskli olduğunu nəzərə alaraq əvvəlcədən yaxınları və dostları ilə halallaşıb.
AzVision.az