Futbolçu məşqdə öldü

Futbolçu məşqdə öldü
  07 Aprel 2015    Oxunub:1844
Gürcüstanda şok hadisə baş verib.
Birinci liqada mübarizə aparan “Betlemi” klubunun futbolçusu Arçil Partenadze məşq zamanı vəfat edib.

Futbolçunun ürək tutmasından dünyasını dəyişdiyi bildirilib. Ona əvvəllər həkimlə ürəyində olan problemə görə futbol oynamamalı olduğunu bildirsələr də, Partenadze buna qulaq asmayıb.

Faktla bağlı araşdırma aparılır. (Ans)


Teqlər:





Xəbər lenti