“Facebook” bu ölkəyə pulsuz internet verəcək
Panama prezidenti Xuan Karlossla görüşün yekunları barədə danışan Zukerberq vurğulayıb ki, layihənin reallaşdırılmasına “yaxın vaxtlarda başlanılacaq”.
“Tezliklə bütün Panama “Digicel Panamá” şəbəkəsi vasitəsilə səhiyyə, məşğulluq, təhsil və kommunikasiya servislərinə pulsuz çıxış əldə edə biləcək”, - deyə, Zukerberq bildirib.
Qeyd edək ki, hazırda Zukerberq Panamada keçirilən Amerika sammitində iştirak edir.
Eldar Tanrıverdiyev