Aeroportda yaddan çıxan 675 min dollar

Aeroportda yaddan çıxan 675 min dollar
  12 Aprel 2015    Oxunub:3656
Sərnişinlər bir il ərzində Nyu-York şəhərinə xidmət edən Con Kennedi, La Quardi adlarında və Nyu-Cersi ştatında yerləşən Nyuark beynəlxalq aeroportlarında 76 min dollar xırda pul unudublar.
Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, pullar əsasən sərnişinlərin uçuşqabağı yoxlama məntəqəsində metalaxtaran cihazdan keçən zaman unudulub.

Nəqliyyatda təhlükəsizlik idarəsinin məlumatına əsasən, 2014-cü ildə ABŞ-ın bütün hava limanlarında unudulan pulların ümumi məbləği 675 min dollardan çox olub. Onların arasında Kennedi aeroportu rekord müəyyənləşdirib. Burada 42,5 min dollar vəsait yaddan çıxıb. Siyahıda ikinci yerdi 41,5 min dollarla Los Anceles hava limanı tutub.

Qeyd edək ki, 2005-ci ildə Konqres nəqliyyatda təhlükəsizlik idarəsinə sərnişinlər tərəfindən unudulmuş bütün vəsaiti təhlükəsizlik sisteminin təkmilləşdirilməsinə sərf etməyə icazə verib.


Teqlər:  





Xəbər lenti