“Barselona” iki xal itirdi

“Barselona” iki xal itirdi
  12 Aprel 2015    Oxunub:1981
Aprelin 12-də İspaniya La Liqasında 31-ci turun növbəti oyunları keçirilib. Turun mərkəzi qarşılaşmalarından biri Sevilyada oynanılıb.
Çempionatın lideri “Barselona”nı qəbul edən “Sevilya” klubu azarkeşlərinə sevincli anlar yaşadıb. Belə ki, qonaq komanda uzun müddət hesabda irəli olsa da, meydan sahibləri oyunun son dəqiqələrində hesabı bərabərləşdirə biliblər. Maraqlı və dramatik keçən görüş 2:2 hesabı ilə başa çatıb.

Beləliklə, “Barselona”nın iki xal itirməsi turnir cədvəlində onun ən yaxın izləyicisi olan Madridin “Real” klubuna aradakı fərqi azaltmaq imkanı verib. Hazırda “Barselona”nın 75, “Real”ın isə 73 xalı var.



Teqlər:





Xəbər lenti