`Aşıq Ədalət kraldır...` - Efirdə söyülən rəqqasə

`Aşıq Ədalət kraldır...` - Efirdə söyülən rəqqasə
  13 Aprel 2015    Oxunub:11102
“Aşıqlar mənə zəng edərək, dəstək olduqlarını bildiriblər. Hamı Aşıq Ədaləti tərifləyir, o bizim kralımızdır deyir, amma mənə zəng edib deyirlər ki, Aşıq Ədalət utansın ki, o sözü efirdə işlədir”.
Bunu AzVision.az-a açıqlamasında Rəqqasə Aytən Aşıq Ədalətin "Səbəbkar" verilişində rəqqasəni təhqir etməsindən danışarkən deyib.

Rəqqasənin sözlərinə görə, istənilən halda efirdə söyüş işlətmək olmaz: “Dünən Telli Borçalı ilə danışmışam, and içir ki, o, orada söyüş eşitməyib, verilişə sonradan gəlib. Nə olursa olsun, nə qadın, nə də kişi o sözü efirdə işlətməli deyil. Namiq dünən Aşıq Ədalətin evinə gedib və özünü təmizə çıxarıb. Amma mənə gələn zənglərə görə, hamı deyir ki, bu söyüş Namiqə deyilib. Mən Namiqin də söyülməsinin əleyhinəyəm”.

Rəqqasənin iddiasına görə, Aşıq Ədalət onun rəqs etdiyi konsertdə iki il əvvəl özü iştirak edib: “Çəkiliş gedən zaman bu yaşlı insan əlini uzadıb deyir ki, ay camaat baxın. Aşıq Ədalət özü həmin konsertdə olub. Onda canlı-canlı bu şounu görürdü axı. İndi 77 yaşında televiziyaya çıxıb bu nə şoudur, göstərir? Söyüşdən əlavə başqa bir tərbiyəsiz söz işlədir. Mən onun nəvəsi, qızı yaşındayam, bu nə biabırçılıqdır? Mən orada sənət, rəqs göstərirəm, sən efirdə nə göstərirsən?”-deyə rəqqasə deyib.

Aytən efirə söyüşün getməsində aparıcını da təqsirli bilib: “Efirdə dediyi söyüşə gəlincə isə o söz təkcə mənə, ya da Namiqə yox, o orada xanımlara qarşı da halllanmış sözdür. Tərbiyəsizliyi ilk öncə orada oturan xanımlar edir. O aparıcıya ayıb olsun. Bir verilişə 7 aşığı çağırıblar, başqa heç bir mövzu tapılmır ki, bizim iki il əvvəl göstərdiyimiz şounu mövzuya çevirirsiz? 7 saz çalanla danışmağa yeni bir mövzu tapa bilmirsən ki, Aytəni ortaya qoyub müzakirə edirsən? Bu sənin xanımlığına yaraşar?”

Qeyd edək ki, adıçəkilən verilişin aparıcısı tanınmış telejurnalist İradə İsaqdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti