Bu il Azərbaycanda 4 film hazır olacaq
“Əsgərin şücaəti” filminin ssenari müəllifi Yavər Rzayev və Konstantin Vorobyov, quruluşcu rejissoru Elxan Cəfərovdur. Filmdə Qarabağ müharibəsi ilə İkinci Dünya Müharibəsində baş verən hadisələr sintez edilib.
“Qırmızı bağ” Azərbaycan və Rusiyanın birgə çəkdiyi filmdir. Rejissoru və ssenari müəllifi Mirbala Səlimlidir. Bu filmin çəkilişləri də bu il başa çatdırılacaq.
Hazırda istehsalına başlanan “Dünyanı sənlə anlamaq” filminin ssenari müəllifi İmir Məmmədli, quruluşçu rejissor Mirsadıq Ağazadədir. Lirik komediya janrında olacaq film Azərbaycanlı gənclə gürcü qızının çox qəribə şəkildə cərəyan edən sevgi münasibətlərindən bəhs edir.
“Xeyirlə şərin rəqsi” adlı dedektiv filmin çəkilişinə də başlanılıb. Xalq yazıçısı Çingiz Abdullayevin “Quba kapriççiosu” romanının motivləri əsasında ekranlaşdırılan filmin quruluşçu rejissoru Yavər Rzayev, ssenari müəllifləri Çingiz Abdullayev və Yavər Rzayevdir.
AzVision.az
Teqlər: