`Rəvan` klubu çempionatdan kənarlaşdırıldı

`Rəvan` klubu çempionatdan kənarlaşdırıldı
  21 Aprel 2015    Oxunub:1868
U-16 Liqasının “Rəvan” futbol klubu AFFA-ya ünvanladığı məktubla yarışlarda çıxışını dayandırdığını bildirib.
AzVision.az AFFA-ya istinadən məlumat verir ki, göndərilən məktubu nəzərə alaraq İntizam Komitəsinin qərarı ilə “Rəvan” FK U-16 liqasında keçirilən yarışlardan kənarlaşdırılıb.

Klub oyunların 50%-dən çoxunu keçirtdiyinə görə növbəti oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.


Teqlər:





Xəbər lenti