Rusiya Bakıya erməni idmançı gətirməyəcək

Rusiya Bakıya erməni idmançı gətirməyəcək
  22 Aprel 2015    Oxunub:1946
Bakılı David Ayrapetyan və Mişa Aloyan Bakıya gəlməyəcəklər.
Rusiyanın Boks Federasiyası Bakıda keçiriləcək Avropa Oyunlarında bu ölkənin milli komandasının əsas boksçularının iştirak etməyəcəyini elan edib.

Oxu.Az xəbər verir ki, Rusiya Boks Federasiyasının direktoru Yevgeni Sudakovun sözlərinə görə, AIBA Pro Boxing və World Series Boxing turnirlərində çıxış etmiş boksçular Avropa Oyunlarına qatılmayacaqlar.

“Avropa Oyunlarında iştirak edəcək komandanın tərkibi haqqında qərar WSB turnirinin başa çatmasından sonra Rusiya Boks Federasiyasının İcraiyyə Komitəsində qəbul ediləcək, - deyə, “R-Sport” Sudakovdan sitat gətirir. – Təbii ki, APB və WSB turnirlərində iştirak etmiş bütün boksçular Oyunlarda iştirak etməyəcəklər. Belə ki, onlar yeni olimpiya mövsümü ərəfəsində bərpa olunmalıdırlar. Düşünürəm ki, Bakıda bizim ehtiyat komandamız çıxış edəcək. Biz Bakıda qələbəyə ümid edirik, lakin indi bütün diqqətimiz Olimpiadaya seçimi uğurla keçməyə və 2016-cı il Oyunlarına hazırlıqda cəmləşib. Necə olursa olsun qələbə qazanmaq tapşırığı olmasa da, Bakıda qalib gəlməyə çalışacağıq”.

Qeyd edək ki, Aloyan və Ayrapetyan, hansı ki, bakılıdır, artıq Bakıda dünya çempionatında çıxış ediblər.


Teqlər:





Xəbər lenti