`Bavariya` və `Barsa` yarımfinalda- VİDEO

`Bavariya` və `Barsa` yarımfinalda- VİDEO
  22 Aprel 2015    Oxunub:2695
Çempionlar Liqasında 1/4 finalın cavab oyunları keçirilib.
İlk iki yarımfinalçının adı bəlli olub. Səfərdə PSJ-ni məğlub edən "Barselona" rəqibini doğma azarkeşləri önündə qəbul edib. Paris təmsilçisi yarımfinala adlamaq üçün rəqibinə ən azı 3 cavabsız qol vurmalı idi. Lakin “Barselona” buna imkan verməyib. Kataloniyalılar Neymarın dublu sayəsində yarımfinla vəsiqə qazanıblar.

Digər oyunda "Bavariya" evdə "Portu"nu sınağa çəkib. Səfərdə gözlənilmədən rəqibinə 1:3 hesabı ilə uduzan Münhen təmsilçisi həmin məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb – 6:1. Beləliklə Pep Qvardiolanın komandası da yarımfinala yüksəlib.




Teqlər:  





Xəbər lenti