`Real` və `Yuventus` yarımfinalda

`Real` və `Yuventus` yarımfinalda
  23 Aprel 2015    Oxunub:1326
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunları başa çatıb.
İlk oyunda qolsuz bərabərliyə qalan Madrid derbisi bu dəfə də qoldan kasad olub. Lakin Arda Turanın qırmızı vərəqə alaraq meydanı tərk etməsindən sonra 88-ci dəqiqədə Ronaldonun ötürməsini qola çevirən Xavier Hernandez komandasına vacib qələbə qazandırıb: "Real" - "Atletiko" - 1:0.

Digər oyun isə Monakoda baş tutub. Səfərdə "Yuventus"a minimal hesabla məğlub olan "Monako" doğma meydan amilindən yararlana bilməyib - 0:0.


Teqlər:  





Xəbər lenti